AZ

Rusiya və Çin birgə hərbi təlimlərə başlayıb

Cənubi Çin dənizində Rusiya-Çin dəniz qüvvələrinin “Dəniz əməkdaşlığı – 2024” birgə təlimləri başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazır.
Rusiya və Çin gəmiləri təlimin aktiv fazasının tapşırıqlarını yerinə yetirmək üçün Zhanjiang limanını tərk edərək Cənubi Çin dənizinə daxil olublar. Çin dəniz aviasiyasının iştirak edəcəyi manevrlər zamanı potensial düşmənin gəmi və sualtı qayıqlarının kəşfiyyatı və axtarışı aparılacaq. Daha sonra Rusiya Federasiyası və Çin gəmiləri aşkar edilmiş müxtəlif təyinatlı hədəflərə raket, artilleriya və reaktiv bomba zərbələri endiriləcək.
Həmçinin açıq dənizlərdə gəmilərin hava hücumundan müdafiəsi və təxribat əleyhinə müdafiə tədbirləri həyata keçiriləcək. Rusiya tərəfdən isə Sakit Okean Donanmasının korvetləri Qromki və Rezvıy Dəniz Əməkdaşlığı 2024 təlimində iştirak edir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya və Çin gəmilərinin Sakit okeanda birgə patrulları heç bir başqa ölkəyə qarşı yönəlməyib.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
9
elchi.az

10Mənbələr