RU

Bayden ilə Netanyahu görüşəcəklər

ABŞ prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, iyulun 24-də ABŞ Konqresində çıxış edəcə Netanyahunun Co Baydenlə görüşəcəyi gözlənilir.

Netanyahu 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericilərinə müraciət edib.

İyunun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında yenidən çıxış edəcəyini təsdiqləyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
ikisahil.az

10Источники