AZ

Orban: Aİ-də Rusiya və Ukrayna ilə dialoq apara bilən ölkə yoxdur

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə görüşündə həm Rusiya, həm də Ukrayna ilə dialoq apara biləcək ölkələrin Avropada sürətlə azaldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

"Münaqişənin hər iki tərəfi ilə danışa bilən ölkələrin sayı sürətlə tükənir", - baş nazir deyib.

Onun sözlərinə görə, Macarıstan tezliklə Avropada həm Rusiya, həm də Ukrayna ilə dialoq apara biləcək yeganə ölkə ola bilər.

Xatırladaq ki, iyulun 2-də Orban Kiyevə səfər edib və orada Volodimir Zelenski ilə görüşüb. Macarıstanın baş naziri səfər zamanı bildirib ki, Budapeşt Rusiya ilə münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Ukrayna hökuməti macar siyasətçinin təklifini dinləyib və onu rədd edib. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
musavat.com

10Mənbələr