AZ

"Putinin sülhə hazır olduğuna dair heç bir əlamət yoxdur" - Baş katib

Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmağa və sülh danışıqlarına başlamağa hazır olduğuna dair heç bir əlamət yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq Brüsseldə iyulun 9-11-də Vaşinqtonda keçiriləcək Alyansın yubiley sammitinə həsr olunmuş mətbuat konfransında deyib.

"Ukrayna suveren və müstəqil dövlət olduğu üçün sülh danışıqları və istənilən danışıqlar yolu ilə həll üçün məqbul şərtlərin nə olacağına qərar vermək Ukraynadan asılıdır", - Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, NATO Ukraynaya öz mövqelərini möhkəmləndirməkdə kömək etməlidir, çünki danışıqlar masası arxasında baş verənlərlə döyüş meydanında vəziyyət arasında güclü əlaqə var: "Buna görə də, danışıqlar yolu ilə həll etmək istəyiriksə, biz Ukraynaya hərbi dəstək verməliyik və mən NATO müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri və hərbi dəstək haqqında yeni açıqlamalarını gözləyirəm". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
unikal.az

10Mənbələr