AZ

Ukrayna XİN Orban və Putinin müzakirələrinə qəzəblənib

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərindən qəzəbləndiyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.

“Ukraynasız Ukrayna üzrə razılaşma olmaz” prinsipinin dövlətimiz üçün sarsılmaz olduğunu xatırladırıq və bütün dövlətləri buna ciddi şəkildə əməl etməyə çağırırıq”. - bəyanatda deyilib.

Ukrayna XİN danışıqlar üçün yeganə variantın ölkə prezidenti Vladimir Zelenskinin “sülh formulu” olduğunu qeyd edib.

Xatırladaq ki, Orban iyulun 5-də Moskvaya işgüzar səfərə gəlib. Baş nazir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
operativmedia.az

10Mənbələr