RU

The Economist: "Ukrayna avqustun əvvəlində defolt ola bilər"

Ukrayna investorlarla borcun restrukturizasiyası ilə bağlı razılığa gələ bilməsə, avqustun əvvəlində defolta düşə bilər.


Sfera.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı məlumat yayıb.

 

Müharibə Ukrayna iqtisadiyyatına ağır zərbə vurur. Belə ki,  2022-ci ildən bəri ölkənin ÜDM-i 25% azalıb. Eyni zamanda, borcun məbləği iyun ayına qədər ÜDM-in 94%-nə çatıb. Kiyev Qərbdən dəstək alır, lakin dəstək əsasən nağd deyil, hərbi yardım şəklindədir, ona görə də Kiyev kəskin nağd pul çatışmazlığı ilə üzləşir.

 

Bu arada Ukraynanın borcları üzrə ödənişlərin dayandırılması müddəti avqustun 1-də başa çatır. Ən çox ehtimal olunan addımlar ödənişlərin 2027-ci ilə qədər təxirə salınması və ya defolt elan edilməsidir ki, bu da ölkənin bərpası zamanı problemlər yaradacaq.

 

Ukrayna Maliyyə Nazirliyi iyunun 17-də bildirib ki, Ukrayna avrobondlarının sahibləri ilə borcların restrukturizasiyası ilə bağlı razılığa gələ bilmir. Ukraynanın istiqrazlar üzrə borcu 20 milyard dollar təşkil edir.


İnci

Избранный
89
47
sfera.az

10Источники