AZ

"Ukrayna hakimiyyəti NATO sammitindən məyusdur" - Bild" nəşri 

 
"Bizə qəzəb dolu sözlər və bəyanatlar deyil, qətiyyətli qərarlar gərəkdir..."
 
Ukrayna məmurları sammit ərəfəsində uşaq xəstəxanasına edilən zərbə fonunda daha qətiyyətli qərarlar gözləyib
 
Ukrayna rəhbərliyi hətta "Oxmatdet" uşaq xəstəxanasına qanlı zərbədən sonra Vaşinqtonda NATO sammitində Ukrayna Silahlı Qüvvələrinə yeni hücum silahı verilməməsi və Rusiya ərazisinin dərinliyindəki hədəflərə hücum etməyə imkan verilməməsindən məyus olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri baş redaktorunun müavini Paul Rontshaymer Ukrayna hakim dairələrindəki mənbələrə istinadən yazıb.
 
"Bu gün Ukrayna prezidentinin etibarlı şəxslərilə söhbət edən hər kəs Ukraynanın müdafiəsi üçün bütün mümkün olanları etmək barədə dəqiq qərarların olmamasından getdikcə artan məusluğu etiraf edir.
 
Bu, Ukraynanın Qərb silahı ilə hücum edə biləcəyindən söhbət gedəndə xüsusilə aydın olur. Bu, uşaq xəstəxanasına hücumdan sonra indiyədək bizə Rusiyanın bütün obyektlərinə hücum etməyə imkan verilməyən qəddar laqeydlikdir", - bunu anonimlik şərtilə Ukrayna hökumətinin məmuru bəyan edib.
 
Digər mənbə məlumat verib ki, Ukrayna Baydenin Qərb silahı ilə Rusiyaya zərbələr endirilməsinə münasibətinin mümkün dəyişməsinə ümid edir. Hazırda Kiyevdə uşaq xəstəxanasına cəzasız hücum etməyin mümkün olmasından şok yaşanır. 
 
Son aylar bu şəhər müəyyən dərəcədə təhlükəsiz hesab edilib, o cümlədən ona görə ki, hava hücumundan müdafiə daima genişlənib.
 
"Uşaq xəstəxanasına hücum bir daha göstərib ki, Ukraynada heç kim və heç bir yerdə təhlükəsiz şəraitdə deyil. Bizə qəzəb dolu sözlər deyil, müdafiə olunmağımız üçün qətiyyət gərəkdir.
 
Bizim hərbçilərimizə Rusiyanın istənilən  nöqtəsindəki hərbi obyektlərə Qərb silahı ilə zərbələr endirməyə imkan verilməlidir.
 
Rusiyanın xərçəng xəstəliyi olan uşaqlara hücum etməsi, bizim isə özümüzü müdafiə edə bilməyəcəyimiz vəziyyət olmamalıdır", - bunu Kiyev meri Vitali Kliçko bəyan edib.
 
"Hazırda ukraynalıları daha qəddar həftələr gözləyir. Bu gün ölkənin NATO-dan nə gözləyə biləcəyi məsələsi həmişəkindən daha açıq qalır. Putin gülməkdə davam edə bilər", - müəllif yazıb.
 
NATO sammiti və Ukrayna
 
9-11 iyul 2024-cü il tarixlərdə Vaşinqtonda NATO-nun sammiti keçirilib. Bu sammitdə bir neçə səs-küylü, o cümlədən Ukraynanın NATO üzvlüyünə aparan yolda "körpünün" yaradılması barədə bəyanatlar verilib.
 
İyulun 10-da NATO ölkələri Yekun Bəyannamə imzalayıb. Burada o cümlədən deyilir ki, Alyans üzrə müttəfiqlər öz üzərlərinə Ukraynaya NATO-ya aparan yolda dəstək verilməsi öhdəliyi götürəcək.
 
İyulun 11-də sammitdə "Ukrayna Müqaviləsi" ("Ukraine Compact") imzalanıb. Bu sənəd Ukraynaya təhlükəsiz sahəsində yardımı əlaqələndirəcək və sürətləndirəcək. Sənədə 20-dən artıq ölkə imza atıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
47
moderator.az

10Mənbələr