AZ

Kiyevdəki uşaq xəstəxanasına zərbədən şoka düşən rus pilot Ukrayna BKİ-yə məxfi foto və sənədlər ötürdü...-FOTO

İyulun 8-də "Oxmatdet" uşaq xəstəxanasına raket hücumundan sonra bu cinayətdən şoka düşən rus pilotlardan biri Rusiya Federasiyasının 22-ci ağır bombardmançı aviasiya diviziyasının komanda heyətinin məxfi sənədlərini və foto-şəkillərini Ukrayna kəşfiyyatına ötürüb.
 
Kiyevdəki "Oxmatdet" uşaq xəstəxanasına cinayətkar hücumdan sonra "X-101" raketləri ilə daim Ukrayna şəhərlərini bombalayan 22-ci ağır bombardmançı aviasiya diviziyasının pilotlarından biri (hərbi hissə 06987, Engels aerodromu) Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin cat-botu ilə əlaqə saxlayıb.  O, öz hərbi hissəsinin məlumatlarını və komandanlığının fotolarını “sızdırıb”.
Moderator.az  “TSN”-ə  istinadla xəbər verir ki, bu barədə "İnformasiya müqaviməti" məlumat yayıb.
 
"İnformasiya müqaviməti"nin kəşfiyyat mənbələrinə görə, rusiyalı hərbçi uşaq xəstəxanasına edilən hücumdan şoka düşdüyünü və bir neçə həmkarı kimi onların Ukraynanın mülki infrastrukturuna hücuma məcbur edilməsinin səbəbini başa düşmədiyini yazıb. Buna görə də o, öz hərbi hissəsinin fəaliyyəti ilə bağlı sənədləri, həmçinin 22-ci ağır bombardmançı aviasiya diviziyasının komanda heyətinin şəxsi fotolarını Ukrayna tərəfinə ötürmək qərarına gəlib.
 
Nəşrin mənbələrinə görə, hətta əldə edilən materialların ilkin tədqiqi belə onların mühüm əhəmiyyətini sübut edir. Həqiqətən də, məlumat kütləsi arasında yüksək rütbəli zabitlərin şəxsi işlərinə dair sənədlər, Rusiya hərbi qulluqçularının və onların ailə üzvlərinin şəxsi məlumatları var. Amma ən qiymətlisi 22-ci ağır bombardmançı aviasiya diviziyasının(ABAD) qriflənmiş məxfi sənədləridir...
 
Məlumatda anons olaraq 52-ci  ağır bombardmançı aviasiya  alayının baş qərargah rəisi polkovnik İlya Koryakinin 22-ci ABAD-ın baş qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə şənlikdən şəxsi fotolar dərc olunub. Şənlik Saratov vilayətinin Engels şəhərindəki "Neapol" restoranında baş tutub. Şəkildə Rusiya Federasiyası Hərbi Kosmik Qüvvələrinin Hərbi Hava Qüvvələrinin uzaqmənzilli aviasiya komandanlığının 22-ci ağır bombardmançı aviasiya diviziyasının bölmələrinin 30-dan çox komanda heyəti göstərilib.
 
Rusiya təyyarəçisinin ötürdüyü məxfi infromasiyada sözügedən foto-şəkildəki 30 zabitin hər birinin üzərlərinə nömrələr yazılmaqla ad-soyad, ata adları, milliyyətləri, rütbə və vəzifələri göstərilib. Zabitlərin böyük əksəriyyətinin milliyyətcə rus olduğu bilinir...
Xatırladaq ki, iyulun 8-də səhər saatlarında Rusiya Federasiyası "X-101" strateji qanadlı raketi ilə "Oxmatdet" uşaq xəstəxanasını vurub.  Raketin seriya nömrəsi olan  arxa gövdəsinin fraqmentləri və sükanının bir hissəsi tapılıb...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
47
moderator.az

10Mənbələr