AZ

Qərbdə Zelenskini çox əsəbiləşdirən ssenari ortaya çıxıb..?

...Keçmiş prezident Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi Ukrayna lideri Vladimir Zelenski və hökumətini çox əsəbiləşdirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ssenarini britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube kanalında açıqlayıb.

Deməli, onun sözlərinə görə, gələn ilin yanvarında Kiyev respublikaçıların Rusiya ilə münaqişənin davam etdirilməsinə tərəfdar olmayan həmin hissəsi ilə üzləşməli ola bilər. Onlar öz namizədləri kimi Ukrayna haqqında Ağ Evin hazırkı rəhbəri Cozef Baydendən daha az həvəslə danışan Trampı irəli sürüblər.

...Bütün bunlar Zelenskini, eləcə də onun hökumətini çox əsəbiləşdirəcək. Onlar yaxşı bilirlər ki, Trampın hakimiyyətə gəlmə ehtimalı narahatlıq doğuran ssenaridir.

...Bunu Merkuris bildirib və əlavə edib ki, Kiyev ABŞ-dakı seçki yarışının nəticələrinə heç bir şəkildə təsir göstərə bilməyəcək və onların bu prosesə müdaxiləsi son dərəcə ehtiyatsızlıq olardı.

...Yeri gəlmişkən, bir müddət bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirib ki, guya Donald Tramp seçkidə qalib gələrsə, Ukrayna lideri Vladimir Zelenskidən Rusiya ilə sülh bağlamağı tələb edəcək..?

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
47
sia.az

10Mənbələr