AZ

Vaşinqtonda NATO sammitində tarixi "Ukrayna Müqaviləsi" imzalandı

 
"Ukrayna Müqaviləsi hamımız üçün sanballı nailiyyətdir və bizim münasibətlərimizi yeni səviyyəyə qaldırır..."
 
"Ukraynasız NATO-da Avropa təhlükəsizliyi heç vaxt tam olmayacaq..."
 
Sənədi Avropa İttifaqı və 21 dövlət imzalayıb, lakin gələcəkdə bu müqviləyə başqa ölkələr də qoşula bilər
 
İyulun 11-də Vaşinqtonda NATO sammitində tarixi "Ukrayna Müqaviləsi" ("Ukraine Compact") imzalanıb. Bu sənəd Ukraynaya təhlükəsizlik sahəsində yardımı əlaqələndirəcək və gücləndirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "finance.ua" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu müqavilə Ukraynanın təhlükəsizlik sahəsində ehtiyaclarının hərtərəfli ödənilməsinə yönələn kollektiv səylərin əlaqələndirilməsi və sürətləndirilməsi məqsədilə bağlanıb.
 
"Bu Müqavilə ilə biz Ukraynaya bu gün öz azadlığı, suverenliyi və ərazi bütövlüyünü uğurla müdafiə etmək və gələcəkdə təcavüz aktlarının qarşısını almaq imkanını təmin etmək barədə dəyişməz niyyətimiz və öhdəliyimiz barədə bəyan edirik", - məlumatda deyilir.
 
Ukrayna prezidenti Ofisinin mətbuat xidməti məlumat verib ki, bu sənəd NATO-nun bir il öncə Vilnüs sammitində razılaşdırdığı G7 Birgə Bəyannaməsini tamamlayır.
Müqavilənin imzalanması mərasimində ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib.
 
"Qısamüddətli perspektivdə biz Ukraynanı Rusiya qoşunlarına müqavimət göstərməsi üçün silah, döyüş sursatları və təlimlə təmin etməkdə davam edəcəyik. 
 
Ortamüddətli perspektivdə Ukraynanın müdafiəsi və bundan sonra təcavüzün qarşısının alınması üçün qüvvə və imkanların yaradılmasına kömək edəcəyik", - ABŞ prezidenti vurğulayıb.
 
Onun sözlərinə görə, bu müqavilənin imzalanması Rusiyanın müharibə bitəndən sonra Ukraynaya yenidən hücum edəcəyi təqdirdə sənədi imzalayan ölkələrin Ukraynaya dəstək verəcəyini sübut edir.
 
Prezident Zelenski öz çıxışında deyib ki, bu il Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində fəal iş davam etdirilib, lakin bu razılaşmalar NATO üzvlüyünü əvəzləmir.
 
"Mən prezident Baydenə liderliyi üçün və təhlükəsizlik sahəsində bizim əməkdaşlığımızın qətiyyətli olması üçün bütün səylərinə görə minnətdaram. 23 güclü saziş imzalanıb, digər ölkələrlə də belə sazişlər olacaq. Bizim Birləşmiş Ştatlatla təhlükəsizlik sahəsində tarixi sazişimiz var", - o, deyib.
 
"Ukrayna Müqaviləsi bizim münasibətərimizi yeni səviyyəyə qaldırır. Bu, Ukrayna üçün və hamımız üçün sanballı nailiyyətdir", - Zelenski vurğulayıb.
 
Ukrayna prezidenti "X" sosial şəbəkəsində qeyd edib ki, "Ukrayna NATO-ya dəvət edilməyə layiqdir".
 
"Mən bizim Alyansa yolumuzun görünən olması üçün yaradılan  Ukrayna-NATO Şurasına minnətdaram. Ukrayna üçün NATO-ya əsl bilet bu müharibənin ədalətli sonluğudur. Ukraynasız NATO-da Avropa təhlükəsizliyi heç vaxt tam olmayacaq", - prezident deyib.
 
Onun fikrincə, Alyansdan kənarda olan Ukrayna Rusiyanı yenidən təcavüz etməyə, onu zəbt etməyə, Ukraynaya və başqa ölkələrə hərbi müdaxilə etməyə şirnikləndirəcək".
 
 "Ona görə bu format kimi bizim əməkdaşlığımızın bütün formatları Ukraynanın bu müharibədə qələbəsinə aparan körpü olmalıdır. Bizim qələbəmiz bütün Avropa üçün möhkəm sülhə aparan yolda körpü olmalıdır.
 
Bütün bunlar Ukraynanın NATO-ya dəvət edilməsinə əsaslanır. Ukrayna NATO-ya dəvət edilməyə layiqdir. Bu əminlik Alyansın dönmədən yeni möhkəm dayağı olacaq. Yalnız güclü qərarlar qalibləri yetişdirir", - Zelenski vurğulayıb.
 
NATO sammiti - vacib məqamlar
 
İyulun 10-da NATO ölkələri Vaşinqton sammitinin Yekun Bəyannanəsinin mətnini razılaşdırıb.
 
Bəyannanədə o cümlədən deyilir ki, Alyans üzrə müttəfiqlər öz üzərinə Ukraynanı NATO-ya aparan yolda dəstək vermək öhdəliyi götürəcək.
 
İyulun 11-də Vaşinqtonda NATO sammitində tarixi "Ukrayna Müqaviləsi" imzalanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
47
moderator.az

10Mənbələr