Hər il 2.6 milyon insan alkoqol istehlak etdiyi üçün ölür.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında qeyd edilib.
Hesabata görə, alkoqol istehlakından ölümlərin sayı bütün ölümlərin təxminən 5%-ni təşkil edir.
Həmçinin ölümlərin əksəriyyətinin kişilər arasında, 20-39 yaş qrupunda qeydə alındığı vurğulanıb.
Hesabatda dünyada təxminən 400 milyon insanın alkoqol və narkotik istifadəsi pozğunluğu ilə yaşadığı bildirilib.
Bu şəxslərin yarıdan çox isə alkoqol aslıdır.
Aygün Mirakif
www.anews.az