AZ

Türkiyə millisinin 5 oyunçusunun bazar dəyəri - 155 milyon avro

\"AVRO 2024\"-dən sonra Türkiyə Milli Komandasında fərqlənən 5 futbolçu karyerasının zirvəsinə yüksəlib.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, bu adların başında Ferdi Kadıoğlu, Arda Gülər, Barış Alper Yılmaz, Mert Müldür və Merih Demiral var.
 
Millidə 1 qol və 2 məhsuldar ötürmə ilə \"AVRO-2024\"-ün ən çox danışılan adlarından olan Arda Gülərin transfer dəyəri 55 milyon avroya çatıb.
 
\"Borussiya Dortmund\" və \"Arsenal\"ın yaxından maraqlandığı futbolçu Ferdi Kadıoğlunun transferinin 40 milyon avrodan aşağı mümkün olmayacağı bildirilib.
 
Dəyərini artıran futbolçular arasında \"Qalatasaray\"ın ulduzu Barış Alper Yılmaz da var. \"Mançester Yunayted\" və \"Brighton\"un maraq dairəsində olduğu bildirilən Yılmazın 25 milyon avrodan aşağı bir ödəniş qarşılığında transfer olunacağı gözlənilmir.
 
\"AVRO 2024\"-də Gürcüstana vurduğu qolu ilk həftənin ən yaxşı qolu seçilən Mert Müldürün dəyərinin 15 milyon avroya yüksəldiyi açıqlanıb.
 
Merih Dəmiral da bu turnirdə Milli Komandanın diqqət çəkən simalarından biri oldu. Səudiyyə Ərəbistanında oynayan və bu günə qədər transferinə görə ən çox pul qazanan oyunçu ünvanına sahib olub. Onun qazandıı məbləğin 70 milyon avro olduğu bildirilib. Transfer dəyəri 20 milyon avroya yüksələn Merih Dəmiral \"AVRO-2024\"-də iki dəfə qol vurub.

Futbolçuların ümumi dəyəri isə 155 milyon avroya çatıb.
 
Aysel
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
azxeber.com

10Mənbələr