AZ

Bu oyun tərtibatçılara 11 gündə 52 milyon dollar qazandırıb

"Zenless Zone Zero" mobil oyununun buraxılmasından sonra 11 gün ərzində əldə etdiyi gəlir 52 milyon dollar təşkil edib.
 
 Tərtibatçıların gəlirlərinin çoxu Çin və Yaponiyadan olan oyunçulardan gəlir. 
 
Belə ki, gəlirlərin 47%-i Çindən, 27%-i isə Yaponiyadan olan oyunçuların payına düşüb. Gəlir baxımından üçüncü yerdə ABŞ, dördüncü və beşinci yerdə müvafiq olaraq Cənubi Koreya və Tayvan qərarlaşıb.
 
Ən böyük gəlir iyulun 5-də "Zenless Zone Zero" tərtibatçılara 7,4 milyon dollar qazandırdığı zaman əldə edilib. Lakin zaman keçdikcə oyunçular bu oyuna daha az pul xərcləməyə başlayıblar və iyulun 14-də gəlirlər 3 milyon dollara düşüb.
 
"Genshin Impact" (90,1 milyon dollar) və "Honkai: Star Rail" (108,6 milyon dollar) kimi digər "HoYovers" layihələrindən əhəmiyyətli dərəcədə geri qalmasına baxmayaraq, "Zenless Zone Zero" 2024-cü ilin ən çox gəlir gətirən mobil buraxılışları arasındadır. Siyahının başında Çində aylıq təxminən 500 milyon dollar gəliri olan "Tencent" və "Nexon" şirkətinin "Dungeon & Fighter Mobile" layihəsi gəlir.
 
"Zenless Zone "Zero 2 iyul 2024-cü ildə "Android", iOS, PC və "PlayStation 5"də buraxılıb. Layihə jurnalistlərdən orta hesabla 100 baldan 78, "Metacritic"də istifadəçilərdən isə 10 baldan 6,8 bal toplayıb.
 
Valyuta.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
moderator.az

10Mənbələr