AZ

ASB bank “kiçilib”, aktivləri 30 milyon manat azalıb

2024-cü ilin birinci yarısında “Azərbaycan Sənaye Bank”ı (ASB) 2 milyon 899 min mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 46,5% çoxdur.

ASB-nin 2023-cü ilin yanvar-iyun aylarında xalis mənfəəti 1 milyon 978 min manat olub. 

Bankın faiz gəlirləri bu ilin hesabat dövründə 17 milyon 489 min manat təşkil edib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,3% çoxdur. 2023-cü ilin sonunda bankın faiz gəlirlərinin həcmi 15 milyon 991 min manat olub.   

ASB-nin kreditlər üzrə faizlərinin həcmi 8 milyon 105 min manat olub, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 10,3% çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında ASB-nin kreditlər üzrə faizlərinin həcmi 7 milyon 343 min manat olub.  

Bu ilin yanvar-iyun aylarında ASB-nin banklarda depozitlərinin həcmi 9 milyon 118 min manat olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,6 % çoxdur. Bankın 2023-cü ilin müvafiq dövründə depozitlər üzrə faiz gəlirləri 8 milyon 172 min manat olub. 

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 7,4 milyon manata (illik müqayisədə 46.5% çox), qeyri-faiz xərcləri isə 12,5 milyon manata (illik müqayisədə 19.5% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 3 milyon 246 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.3% çoxdur.

2024- cü ilin yanvar-iyun aylarında bankın aktivləri ilin əvvəli ilə müqayisədə 4,1% və 30.9 milyon manat azalaraq 718 milyon 338 min manata enib. 

Bu dövrdə "Azərbaycan Sənaye Bankı" öhdəlikləri 601 milyon 67 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5.2% və ya 33.9 milyon manat azdır. 

Hesabat dövrünə ASB-nin cəmi kapitalı ilin əvvəlinə nisbətən 2.6% və ya 2.9 milyon manat artaraq 117 milyon 271 min manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
valyuta.az

10Mənbələr