AZ

Sudanda 23 milyon insan qida çatışmazlığından əziyyət çəkir

Münaqişələrin davam etdiyi Sudanda mülki əhalinin həyatı çətinləşir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT ölkə üzrə 23 milyon insanın kifayət qədər qidaya çıxışı olmadığını, 750 min insanın isə aclıq astanasında olduğunu açıqlayıb.
 
BMT-nin sözçüsü Stephane Dujarric mətbuat konfransında Sudan xalqının \"Ən pis ssenari ilə\" üzləşdiyini bildirib. Dujarrik bildirib ki, Sudan humanitar planı üçün hər il tələb olunan 2,7 milyard dolların yalnız 30 faizi maliyyələşdirilir.
 
Dujarric 750 min insanın aclıq astanasında olduğu məlumatını paylaşaraq yağışlı mövsümdə vəziyyətin daha da pisləşəcəyinə diqqət çəkib.
 
Xatırladaq ki, Şərqi Afrika ölkəsi olan Sudan 15 aydır davam edən qarşıdurma səbəbindən dünyanın ən böyük köçkünlük və aclıq böhranı ilə mübarizə aparır.
 
Həyatını itirənlərin sayının 16 min olduğu müəyyən edilsə də, səhiyyə sisteminin çökməsi səbəbindən ölənlərin sayının daha çox olduğu təxmin edilir.
 
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Sudanda müharibənin başladığı tarixdən, yəni 2023-cü ilin aprelindən bu yana 7 milyon 720 min 119 nəfər ölkə daxilində didərgin düşüb.
 
BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Sudan 5 milyon uşaqla dünyada ən çox köçkün uşaq olan ölkədir.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, vətəndaş müharibəsinin davam etdiyi Sudanda hər 5 nəfərdən birinin fövqəladə səviyyədə qida çatışmazlığı yaşadığını vurğulayıb.
 
Oksana
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
azxeber.com

10Mənbələr