RU

Ukrayna ordusu əks-hücuma keçirərək rusları geri oturtdu: detallar "Bild"də...

Şəhər uğrunda güclü döyüş bir neçə aydır ki, davam edir...
 
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Çasov Yar şəhəri yaxınlığında əks-hücuma keçərək rus işğalçılarını "Kanal" mikrorayonundan çıxarıblar.
 
Moderator.az  "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "Bild"nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Yulian Repke məlumat paylaşıb.
 
"Ukrayna ordusu Çasov Yarın "Kanal" mikrorayonunda bir neçə küçəni geri alıb (ya da heç vaxt itirməyib)", - deyə analitik vurğulayıb.
 
Ekspertn sözlərinə görə, öz növbəsində rus qoşunları “Kanal”ın şimalında yerləşən Kalinovka kəndinə uğursuz əks-hücum keçirir. Əvvəllər işğalçılar onu ələ keçirərək Siverski Donets - Donbass kanalına yaxınlaşmışdılar. Lakin onlar tezliklə ukraynalı müdafiəçilər tərəfindən geri oturdulub.
 
"Bild" qeyd edir ki, Baxmutun qərbində Çasov Yar uğrunda döyüş bir neçə aydır ki, davam edir. Şəhər təpələrdə yerləşir və eyni zamanda Siversky Donetsk - Donbass su kanalı ilə Rusiya qoşunlarından ayrılır. Məhz kanalın arxasında şərqdə çoxmənzilli binaları olan "Kanal" yaşayış mikrorayonu yerləşir.
 
Əvvəllər rus işğalçıları mikrorayonu cinahlardan yan keçərək birbaşa hücuma keçməyə çalışırdılar. Repkenin sözlərinə görə, bir müddət işğalçılar dağılmış binaları zəbt etməyə nail olublar. Lakin indi Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək rusları oradan çıxarıb...
 
S.Laçın
Избранный
91
47
moderator.az

10Источники