RU

Sabiq bələdiyyə sədri bəraət tələb edir

Yasamal bələdiyyəsinin sabiq sədri, 1950-ci il təvəllüdlü Zakir Cəfərov və bələdiyyənin İcra aparatı, vergi, ödənişlər şöbəsinin eks müdiri, 1967-ci il təvəllüdlü Həmid Həmidovun barəsindəki apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 11-nə təyin edilib.

 

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. keçmiş bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib.

 

Həmid Həmidov isə 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Qeyd: Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin  309-cu(vəzifə səlahiyyətlərini aşma), 311-ci(rüşvət alma) və 178-ci(dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Onlara qarşı polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdi. 

 

İttihama görə, Yasamal rayon bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov, Eyvaz Kərimov və Namiq Hacıyev cinayət əlaqəsinə girərək Yasamal rayon bələdiyyəsinə məxsus torpaq sahəsinin sənədlərini saxtalaşdırmaqla həmin ərazini 300 min manata satmaqda təqsirləndirilirlər. 

 

Zakir Cəfərov ittihamlarda özünü qismən təqsirli bilib. Qeyd edib ki, zərərçəkmiş Şəmsəddin Kərimovun aldığı ərazi zibillik sahə olub və oranı abadlaşdırma üçün icarəyə verib. Daha sonra ərazinin satıldığını bildikdən sonra icarə müqaviləsini ləğv edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 10 İyun 2024, 09:02   
Избранный
119
50
pravda.az

10Источники