RU

Korrupsiyaya görə həbs olunan nazir istefa verdi

Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva korrupsiya ittihamı ilə həbs olunaraq məhkəmə qarşısına çıxarıldıqdan sonra tutduğu vəzifədən istefa verib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Lita Mpondvana bildirib.

Xatırladaq ki, Kodva iyunun 5-də səhər saatlarında həbs edilərək məhkəməyə aparılıb. O, “Enterprise Outsource Holdings” şirkətinə tenderlər vasitəsilə sifarişlər almağa kömək etdiyi üçün 1,7 milyon rand (90 min ABŞ dolları) məbləğində rüşvət almaqda ittiham olunur. Kadva özünü təqsirli bilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
2
publika.az

10Источники