AZ

Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə" mövzusunda təlim keçirilib 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında birinci kurs tələbələr üçün "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə" mövzusunda təlim keçirilib.
 
Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, həkim-toksikoloq, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təqdimatla çıxış edərək tələbələrə yeni növ narkotiklərin təhlükəsi, narkotik istifadəçilərinin erkən araşdırılması, narkotik vasitələrlə zəhərlənmələrin müalicəsi, gənclər arasında yayılmış bəzi narkotik vasitələrin xüsusiyyətləri, təsirləri, yaratdıqları fəsadları və profilaktikası barədə ətraflı məlumat verib.
 
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Bildirilib ki, İsmayıl Əfəndiyevin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.
 
Tədbirin sonunda Dr.İsmayıl Əfəndiyev ən yaxşı sualların müəlliflərinə Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən dərc olunmuş “Narkotik vasitələr və psixotrop maddələrlə intoksikasiyalar: diaqnostika, müalicə və profilaktika” adlı metodik vəsaiti hədiyyə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
aztibb.az

10Mənbələr