AZ

Nəzarətçi rüşvət aldığına görə, işlədiyi təcridxanaya dustaq kimi getdi

Bakı İstintaq Təcridxanasında rüşvət almaqda təqsirləndirilən Elşad Məmmədovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi il keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Məmmədov 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadan kənar olaraq cəza çəkən şəxslərə verib. Nəzarətçi xidmətlərinin qarşılığında dustaqlardan və yaxınlarından rüşvət alıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddələri ittiham irəli sürülüb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
bizim.media

10Mənbələr