AZ

CAR-ın idman naziri korrupsiya qalmaqalına görə istefa verib

Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva korrupsiya ittihamı ilə həbs olunaraq məhkəmə qarşısına çıxarıldıqdan sonra tutduğu vəzifədən istefa verib.

Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Lita Mpondvana bildirib.

“Kodva ona qarşı ittiham irəli sürüldükdən sonra Cənubi Afrika Respublikası Prezidentinə nazir vəzifəsindən istefa verdiyini söyləyib”, - o söyləyib.

Qeyd edək ki, Kodva iyunun 5-də səhər saatlarında həbs edilərək məhkəməyə aparılıb. O, “Enterprise Outsource Holdings” şirkətinə tenderlər vasitəsilə sifarişlər almağa kömək etdiyi üçün 1,7 milyon rand (90 min ABŞ dolları) məbləğində rüşvət almaqda ittiham olunur. Artıq sabiq nazir olan Kadva özünü təqsirli bilmir. İş üzrə həmçinin rüşvət verməkdə şübhəli bilinən şirkət rəhbəri də dindirilir.

Məhkəmə Kodvanın girov müqabilində azadlığa buraxılmasına və iyulun 23-də növbəti məhkəmə iclasına gəlməsinə qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
ednews.net

10Mənbələr