"Tavuşda (Bağanıs-Berkaber ərazisində) erməni sərhədçilər birbaşa Ermənistan-Azərbaycan sərhədində xidmət edirlər, amma həmin istiqamətdə silahlı qüvvələrin müntəzəm bölmələri də yerləşir".
Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan jurnalistlərə bildirib.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Bundan öncə, aprelin 19-da Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrm, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarmağa başlayıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта