AZ

Qazaxın dörd kəndinin Azərbaycana geri qaytarılması Prezident İlham Əliyevin xalqımıza növbəti qələbə hədiyyəsidir -ŞƏRH

Qazaxın

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan dövləti mayın 24-də Zəfər tarixi silsiləsinə növbəti qələbəsini əlavə edib. Belə ki, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyənləşib və bununla da Qazax rayonunun 4 kəndi - ümumi ərazisi 6,5 kvadratkilometr olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Dövlət Sərhəd Xidmətinin nəzarətinə verilib və bununla da onların Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin geri qaytarılması Azərbaycanın növbəti uğuru və sülhün bərqərar olunması istiqamətində olduqca mühüm addımdır. Bu, dövlətimzin başçısının apardığı qətiyyətli siyasətin və prinsipial mövqeyinin məntiqi nəticəsidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Sevinc Hüseynova deyib.

O, fikirlərinə belə davam edib: “Prezident İlham Əliyev hələ 2020-ci ildə Qələbəmiz əldə olunanda sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırmışdı və bu istiqamətdə də daim intensiv iş aparılırdı. Hələ ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan Prezidenti onu bildirmişdi ki, qeyri-anklav kəndlərin Azərbaycana qaytarılması labüd və vacibdir. Sonra bu il aprelin 19-da hər iki ölkənin – Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə mayda kəndlərin qaytarılması ilə bağlı protokolun imzalanması haqqında razılığa gəlinmişdi. Həmin protokol bu il mayın 24-də imzalandı. Həm Zəfərdən sonra üç rayonumuzun – Ağdam, Kəlbəcər və Laçının, indi isə Qazaxın dörd kəndinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması dövlətimizin sülhsevər siyasətinin bariz təzahürüdür. Qələbənin qazanılması, həmçinin onu göstərir ki, Azərbaycan və Ermənistanın vasitəçi olmadan Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təmin etməsi daha səmərəli alınır. Hər iki dövlət vasitəçi olmadan bu istiqamətdə işləri aparmağa qadirdir. Ümumilikdə isə dörd kəndin geri qaytarılması Prezident İlham Əliyevin öz xalqına növbəti qələbə hədiyyəsi oldu. Erməni vəhşiliyi ilə üz üzə qalmış kəndlərdən biri olan Bağanis Ayrımın qaytarılması yalnız həmin kəndin sakinləri üçün deyil, xalqımız üçün böyük mənəvi əhəmiyyətə malikdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
azertag.az

10Mənbələr