Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu ötən gün 28-ci tur çərçivəsində “Paykan”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan qolsuz heç-heçə ilə ayrılıblar – 0:0..
Bu mövsüm keçirdiyi 28 oyunda 14 qələbə qazanmış “Traktor” 6 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 48 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.
Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 28-də evdə “Malavan”a qarşı keçirəcək.