AZ

“Traktor” “Zobahan”a doğma meydanda böyük hesabla uduzdu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu ötən gün 23-cü tur çərçivəsində “Zobahan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” doğma publika önündə baş tutan bu matçın yekununda darmadağına üzülüblər – 1:4. Təbrizlilərin təsəlli qoluna 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Mehdi Abdi imza atıb.

Bu mövsüm keçirdiyi 23 oyunda 12 qələbə qazanmış “Traktor” 4 heç-heçə edib, 7 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 40 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını aprelin 19-da səfərdə “Nassaji Mazandaran”a qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
3
Mənbələr
Şərh ()
Bağla