AZ

“Traktor” yarımfinala çıxa bilmədi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran Kubokunun 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün sözügedən turnirin 1/4 final mərhələsi çərçivəsində “Mes Rafsanjan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Görüşün əsas vaxtı qolsuz yekunlaşıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. “Traktorçular” 92-ci dəqiqədə buraxdıqları yeganə qolla məğlub olaraq yarımfinala yüksələ bilməyiblər – 0:1.

Xatırladaq ki, bu mövsüm İran çempionatında keçirdiyi 27 oyunda 14 qələbə qazanmış “Traktor” 5 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 47 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 21-də səfərdə “Paykan”a qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
3
arena.az

7Mənbələr