AZ

“Traktor”dan ardıcıl 2-ci heç-heçə

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 22-ci çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” doğma publika önündəbaş tutan bu matçın yekununda heç-heçə ilə kifayətləniblər – 1:1.

Bu mövsüm keçirdiyi 22 oyunda 12 qələbə qazanmış “Traktor” 4 heç-heçə edib, 6 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 40 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını aprelin 12-də doğma meydanda “Zobahan”a qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
3
Mənbələr
Şərh ()
Bağla