RU

Gözlənildiyi kimi…

Əslində, hər şey Zaqrebdə bitmişdi. 0:3-dən sonra “Qarabağ”ın mərhələ adlayıb Çempionlar Liqasının qrupuna düşməsi yalnız möcüzə olardı.

Amma əksəriyyət “Ludoqorets”lə Bolqarıstandakı matçdan sonra beynində daha bir geridönüş ssenarisi qurmuşdu. Arzular və imkanlar üst-üstə düşməyəndə taleyinlə barışmalı olursan. Xorvatiya çempionu Bakıda da istədiyini alıb hədəfinə çatdı. Bakıda “Qarabağ”ın Zaqrebdəki qədər qol imkanları da olmadı. Rəqib çempionumuzu ciddi təhlil etmişdi, əsas silahları susdura bildi.

“Dinamo” turnir təcrübəsi və heyətində yüksək səviyyəli oyunçuların daha çox olması hesabına turu qalib başa vurdu. 20 milyon avrodan baha qiymətləndrilən azı 3 futbolçusu olan zaqreblilərdən fərqli, “Qarabağ”ın heç ümumi dəyəri o qədər deyil. Və bu rəqəmlər təsadüfən yazılmayıb, səviyyə fərqi meydanda üzə çıxdı.

Qurban Qurbanovda səhv axtarmaq asandır, lakin o, ən düzgün qərarları vermişdi. Rəqibin gücü öz yerində, Marko Yankoviçlə Marko Veşoviçin yoxluğu da zərbə olmuşdu. Və bir Azərbaycan klubunun maksimumu bu idi. Hələ ağdamlılar boyundan bir qədər də hündürə tullanıb.

Reytinq, imic, maliyyə itkisinə rəğmən, “Qarabağ” mümkün olanı bacardı. İndi Avropa Liqasının yeni formatında çətin mübarizə izləyəcəyik. Rəqiblər ən üst səviyyəli komandalar olmayacaq, amma yenə də Avropa nəhəngləri ilə üz-üzə gələcəyik. Ağdam klubu öz nəticələrini yaxşılaşdırmaq üçün səy göstərəcək. Reallıq hissini unutmadan daha yaxşısına ümid etməkdən başqa çarə yoxdur.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
9
futbolinfo.az

7Источники