AZ

Belçika millisinin sabiq hücumçusu: "Qarabağ" şir kimi hücum edəcək, ona görə də onlara Azərbaycan şirləri deyirlər"

“Dinamo”(Zaqreb) və Belçika millisinin sabiq hücumçusu Branko Strupar Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Qarabağ"a qarşı Bakıda keçiriləcək cavab oyunu (ilk oyun - 0:3 bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, “net.hr” portalına danışan Strupar Ağdam klubunun sabahkı görüşdə daha çox hücum edəcəyini və təhlükəli olacağını deyib:

"Qarabağ" şir kimi hücum edəcək, ona görə də onlara Azərbaycan şirləri deyirlər. Bununla belə, inanıram ki, 3:0 “Dinamo” üçün ciddi üstünlükdür və bu hesab mərhələ adlamağa kifayət edəcək. Amma bu komandanı məğlub etmək üçün daha ağıllı və intizamlı oynamaq lazımdır. Ən əsası nə olursa olsun, Azərbaycan klubunu keçmək lazımdır. “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirik. Rəqibin ilk oyundakı çıxışını nəzərə alsaq, 3:0 hesablı nəticə real vəziyyəti əks etdirmir. "Qarabağ" əsəbiləşəndə aqressiv ola bilər. Nəticəni dəyişdirmək üçün onlara bir impuls lazımdır. İlk oyunu izləyən hər kəs gördü ki, “Qarabağ” qol şanslarını rellaşdırsaydı, matç asanlıqla başqa cür gedə bilərdi. “Qarabağ” oyunu bərabərləşdirsəydi, sonda hər şey başqa cür olardı. “Dinamo” ilk 20 dəqiqədə qol vurdu, sonra isə 70-ci dəqiqəyə kimi rəqib daha yaxşı idi. “Qarabağ” hesabı bərabərləşdirib, daha sonra daha bir qol vursaydı, Xorvatiya çempionu yıxıla və ya əksinə, matç 5:0 hesabı ilə “Dinamo”nun xeyrinə başa çata bilərdi. Bu çox qəribə matç olardı.

Azərbaycan çempionu çox əsəbiləşib. Zaqrebdəki görüşdə ən azı bir qol vurmamaları onları incidir, çünki şansları çox idi. Təbii ki, “Qarabağ”ın təhlil etməyə, bütün çatışmazlıqları düzəltməyə vaxtı var idi. “Dinamo” da sıradan komanda deyil. Ola bilsin ki, “Qarabağ” Bakıda qalib gələ bilər, amma belə fərq yarada biləcəklərini bilmirəm. “Dinamo” “Ludoqorets” deyil, “Qarabağ”ın Razqradda vurduğu o yeddi qolu unutmayaq. Xorvatiya çempionu daha ciddi və güclü komandadır".

Qeyd edək ki, 54 yaşlı veteran futbolçu “Genk”, “Derbi”də oynadıqdan sonra 2003-2004-cü illərdə “Dinamo”nun formasını geyinib. O, 1999-2002-ci ildə Belçika millisinin heyətində 17 yuna çıxıb və 5 qol vurub.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
sportal.az

10Mənbələr