AZ

Romao cavab matçında oynaya biləcək, Yankoviç isə…

“Qarabağ”ın həkimləri Marko Yankoviçi sağaltmaq üçün səfərbər olub. Baş məşqçi Qurban Qurbanov monteneqrolu dayaq yarımmüdafiəçisini Zaqreb “Dinamo”su ilə matçda sərəncamında görmək istəyir.

Futbolinfo.az xəbər verir ki, Marko müdafiəçi adaşı Veşoviçlə birlikdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə səfər oyununda zədələnmişdi. Bu səbəbdən o, pley-offun Xorvatiyadakı ilk görüşündə meydana çıxmamışdı. Çox güman, Yankoviç startda meydanda olmayacaq, lakin ən azı ikinci hissədə komandaya kömək etməsinə ümid var.

“Qarabağ” avqustun 28-də keçiriləcək cavab matçı ərəfəsində daha çətin vəziyyətə düşə bilərdi. Julio Romao 3-cü sarı vərəqəni aldığından pley-offun cavab görüşünü buraxmalıydı. Lakin UEFA-nın yeni qaydaları ağdamlıları sevindib. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. Belə ki, bu qayda “Rijeka”nın futbolçusu Mario Paşaliçə tətbiq edilib. UEFA-nın saytında da oyunçunun cəzalı olması barədə hər hansı qeyd yoxdur.

Cavab matçında Romao Patrik Andrade ilə yanaşı oynaya biləcək. Ehtiyatda Riçard Almeyda və Aleksey İsayev olacaq. Yankoviçin hazır olmasına da kiçicik ümid var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
9
futbolinfo.az

7Mənbələr