Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı mağarada 25 turist olub. Bildirilib ki, buz altında qaldığı ehtimal edilən iki turisti xilas etmək üçün 200-ə yaxın adamın iştirak etdiyi kompleks əməliyyat davam edir.
Ağır xəsarətlər alan daha bir şəxs vertolyotla xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.