AZ

Türkiyədə yenə bina çökdü

İstanbulun Fatih rayonunda binanın 4-cü mərtəbəsinin döşəmə qatı çökməsi nəticəsində gənc qız yaşadığı evdən aşağı mərtəbəyə yıxılaraq xəsarət alıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə gənc qız evində duş qəbul edərkən baş verib.

Anidən hamamın döşəməsi çökməsi nəticəsində 3-cü mərtəbəyə düşən qız yüngül xəsarətlər alıb.

Çökən bina və yanındakı 2 bina gecə saatlarında təxliyə edilib. 

50 illik binanın çökməsinə səbəb istismar müddətinin bitməsi göstərilir.
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
7news.az

10Mənbələr