AZ

Buz mağarasındakı buzlaq çökdü - 1 turist öldü

İslandiyada buz mağarasına səyahət zamanı buzlaqın çökməsi nəticəsində bir turist ölüb, bir nəfər isə yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünən 25 nəfərlik turist qrupu İslandiyanın cənubundakı Breidamerkurjökull buzlaqında bələdçi ilə mağarayı ziyarət edərkən, buzlaq parçasının çökməsi fəlakətə səbəb olub. Hadisə nəticəsində bir turistin öldüyü, digərinin isə yaralandığı bildirilib. Yaralı turistin həyatı üçün təhlükə olmadığı bildirilərkən, 2 nəfərin itkin düşdüyü və axtarış işlərinin davam etdiyi öyrənilib.

Yerli medianın məlumatına görə, xilasetmə əməliyyatında azı 200 nəfərdən ibarət qrup çalışır. Komissar Sveinn Kristjan Runarsson açıqlamasında deyib: "Bölgədəki şərtlər çox çətindir. Buzlağa avadanlıq aparmaq çətindir. Bu pis bir şeydir. Hər şeyin əllə edilir. Mağaraya səyahət təhlükəlidir. Buz mağarası turları demək olar ki, bütün il boyu həyata keçirilir. Bu səfərləri təşkil edən təcrübəli və güclü bələdçilər var. Həmişə şanslı olmaya bilərsiniz. Bura canlı zəmindir, ona görə də hər şey ola bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
18
sia.az

10Mənbələr