AZ

Buz mağarası çökdü...

İslandiyanın cənubundakı Breidamerkurjokull buzlaqında mağaranın çökməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Yerli polisin verdiyi açıqlamada, 25 nəfərlik turist qrupunun Breidamerkurjökull buzlaqındakı mağaranı ziyarət edərkən yıxıldığı, 4 turistin isə buz parçalarının düşməsindən yaralandığı bildirilib.

Açıqlamada bir nəfərin hadisə yerində öldüyü, iki nəfərin ağır yaralandığı, bir nəfərin vəziyyətinin stabil olduğu bildirilib. Açıqlamada 2 nəfərin itkin düşdüyü, gecə saatlarında fasilə verilən buz mağarasında axtarış-xilasetmə işlərinin səhər saatlarında davam edəcəyi qeyd edilib.

Yerli media, İslandiyanın ən sevimli turistik yerlərindən biri olan Breidamerkurjökull buzlaqındakı mağaraya gələn turistlərin bələdçinin müşayiəti ilə bölgədə olduğunu və onların bir çoxunun çökmə zamanı mağaranın xaricində olduğunu bildirib.

Bu arada çöküşün vulkan partlayışı ilə bağlı olmadığı vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
18
vaxt.az

10Mənbələr