Olaylar.az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, insident Andhra Pradeş ştatının Anakapalle şəhərindəki zavodda baş verib. Orada bir çox əczaçılıq şirkətinin yerləşdiyi Atçutapuram Xüsusi İqtisadi Zonası yerləşir.
"Əczaçılıq reaktoru partlayıb, daha sonra isə orada yanğın başlayıb. Yanğının səbəbi qısaqapanma olub", - ştat polisinin açıqlamasında deyilir.
Qeyd olunur ki, partlayışdan sonra başlayan yanğını söndürmək üçün onlarla yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31