AZ

Hindistanda əczaçılıq zavodunda partlayış - 17 nəfər ölüb

Bakı. Trend:

Hindistanın cənubundakı Andhra Pradeş əyalətində əczaçılıqzavodunda çərşənbə günü baş verən partlayış nəticəsində ölənlərinsayı 17 nəfərə çatıb.

Trend Sinxua agentliyinə istinadən xəbər verir ki, həlakolanların sayı barədə son məlumat bu gün polis rəsmisi tərəfindəntəsdiqlənib.

Onun sözlərinə görə, 35-dən çox yaralı yerli xəstəxanayaçatdırılıb. Lakin mediada yayılan bəzi məlumatlarda ştatda sononilliyin ən böyük hadisəsi olan qəzada 50-yə yaxın insanın xəsarətaldığı bildirilir.

Hindistanın baş naziri Narendra Modi həlak olanlarla bağlıbaşsağlığı verib, ölənlərin və yaralananların ailələrinə pultəzminatı ödənildiyini elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
az.trend.az

10Mənbələr