AZ

Hindistanda zavodda partlayış nəticəsində 17 nəfər ölüb

Hindistanın cənubundakı Andhra Pradeş əyalətində əczaçılıq zavodunda çərşənbə günü baş verən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

yeniazerbaycan.com Sinxua agentliyinə istinadla xəbər verir ki, həlak olanların sayı barədə son məlumat bu gün polis rəsmisi tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, 35-dən çox yaralı yerli xəstəxanaya çatdırılıb. 

Hindistanın baş naziri Narendra Modi həlak olanlarla bağlı başsağlığı verib, ölənlərin və yaralananların ailələrinə pul təzminatı ödənildiyini elan edib.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
5
yeniazerbaycan.com

10Mənbələr