AZ

Hindistanda əczaçılıq fabrikində partlayış : 17 nəfər həlak oldu

Hindistanın Andhra Pradeş ştatında əczaçılıq fabrikində partlayış baş verib, 17 nəfər ölüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Hindistan Sənaye Nazirliyi Reuters-ə bildirib.

Agentliyin mənbəsinin məlumatına görə, 40-a yaxın insan xəsarət alıb.

Partlayış çərşənbə günü Scientia Advanced Sciences özəl şirkətində baş verib. Hökumət rəsmiləri partlayışın kimyəvi reaktorda baş verdiyindən şübhələnirlər.

Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
veteninfo.az

10Mənbələr