EN

Xırdalanda dağ yaradırlar - Zibil dağı

Xırdalan şəhəri 28-ci məhəllə sakinlərindən redaksiyamıza şikayət daxil olub.

Hit.az-a müraciət edən məhəllə sakinləri bildiriblər ki, “Azərpoc”tun filialı, MİS-in yerləşdiyi binanın qarşısında zibillər həftələrlə toplanıb təpəcik yaradır:

“Ev pulu, zibil pulu yığan MİS-in qarşısında belə mənzərənin yaranması acınacaqlıdır. Bəzən gəlib təmizləyib aparsalar da, sonra təkrar eyni mənzərə yaranır. İşçi çatışmazlığını bəhanə gətirilər, bəzən də sakinlərin özü belə problem yaradır. Bu işlə hansı qurum məşğul olmalıdırsa olsun, kimi lazımdır cərimələsinlər. Amma yaşayış məhəllələrinin ortasında belə antisanitar vəziyyət yaratmasınlar. Yayın ortasında bu əsl xəstəlik mənbəyidir”- deyə şikayətçilər bildiriblər".

Yəqin ki, sakinlərin bu şikayətini Abşeron Rayon ica Hakimiyyəti nəzərə alar.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
17
hit.az

10Sources