AZ

Avtobuslara əl edən zibil qabları...

“Hər gün Zabratdan şəhərə işə gəlirəm. Yol boyu üfunət iyi beynimizi çatladır. Zibil qablarını niyə yola bu qədər yaxın düzürlər axı? İnsanlar zibili elə maşından zibil qabına tolazlayırlar, çoxu da tökülür yol kənarına. Niyə bu təmizlik işlərinə dorğu dürüst nəzarət yoxdur?”.

Bu şikayəti Hit.az-a zəng edən Səkinəxanım Qarayeva səsləndirib:

“Bu zibil qablarını bir az yolun kənarına çəkmək və ya daxili, neytral bir boş zonaya qoymaq olmazmı? Çürümüş iylər insanları öldürür. Qaz, toz, iy-qoxu, bakteriya, virus nə qədər var, insanlar da müxtəlif xəstəliklərdən sığortalanmayıblar”- deyə o bildirib.
 
Biz bu problemi işıqlandırdıq, ümid edirik  ki, əraziyə nəzarət edən bələdiyyələr də problemi həll edərlər.

Murad
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
17
hit.az

10Mənbələr