AZ

Gədəbəyin “Şır-Şır” şəlaləsinə gedən yol zibil içindədir, hərəkət etmək çətinləşib - FOTO + ÖZƏL

Gədəbəy Azərbaycanın ən dilbər guşələrindən biridir. Təbiətin heç nə əsirgəmədiyi bu diyardan sanki insanlar nələrsə əsirgəyir. Daha doğrusu aidiyyatı qurumlar..
 
Tarixi abidələrinin baxımsız vəziyyətdə olması ilə yanaşı təbiətin yaratdığı gözəllikləri də qorumaq müşkül məsələyə çevrilib. Bəlkə də bir çoxlarının bilmədiyi, Gədəbəyin mərkəzinə yaxın ərazidə yerləşən “Şır-Şır” şəlaləsi də gözoxşayan təbiət hadisələrindən biridir. İl ərzində nə qədər turist bu şəlaləni görmək üçün Gədəbəyə yola düşür. Amma əfsuslar olsun ki, bu şəlalə haqq etdiyi dəyəri görmür. Şəlaləyə getmək üçün “yol” bərbad vəziyyətdədir. Əgər ona yol demək olarsa.. Qayalıqların arası ilə təhlükəli vəziyyətdə hərəkət etmək müşkül vəziyyətə çevrilib. Sel hündür qayaları şəlaləyə gedən yola yuvarlayıb. Buradan bir normal cığır açmaq olmazmı? Hərəkət etdiyimiz zaman ərazinin zibil içərisində olması da diqqətimizdən qaçmadı.. Biz bu vəziyyətə yalnız təəssüflənə bilərik. Mövzu ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Moderator.az şəlalədən lentə aldığı fotoları sizlərə təqdim edir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
17
moderator.az

10Mənbələr