ABŞ-ın bəzi NATO müttəfiqləri keçmiş prezident Donald Tramp ABŞ-da hakimiyyətə gələrsə, Ukraynaya dəstək verməkdən imtina edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” yazır.
“Əgər Tramp Ağ Evə qayıtsa, Britaniya və NATO-nun digər Avropa üzvləri çətin seçim qarşısında qala bilər: Ya Rusiyanın xeyrinə məcburi sövdələşməni qəbul edin, ya da belə bir razılaşmanı rədd edib Zelenskini dəstəkləyin”, - o, efirdə deyib.
İkinci ssenaridə Trampın “müxalifəti yatıra” və ABŞ-ın müttəfiqlərdən müdafiə zəmanətlərini geri götürə biləcəyi bildirilir.
Qəzet yazır ki, belə bir inkişaf "NATO-nu parçalayacaq və zəiflədəcək". Bununla bağlı “bəzi müttəfiqlər Rusiya prezidenti Vladimir Putinlə münaqişəni dayandıra və Ukraynaya dəstəyi dayandıra bilərlər”.