EN

Qəzzada poliomielit virusunun yayılması riski yüksəkdir - ÜST

Qəzza zolağında və anklavdan kənarda sanitar və tibbi vəziyyətin pis olması səbəbindən poliomielit virusunun yayılması riski yüksəkdir.

"Unikal" xəbər verir ki, bu barədə “Times of Israel”  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Qəzza və İordan çayının Qərb Sahilində fövqəladə hallar qrupunun rəhbəri Ayadil Saparbekov, Qəzzadakı kanalizasiyadan ətraf mühit nümunələrində dövran edən poliovirus aşkarlandığını açıqlayıb. 

 "Qəzzada dövriyyədə olan poliomielit peyvəndi virusunun yayılması riski təkcə onun aşkar edilməsinə görə deyil, həm də suyun təmizlənməsi ilə bağlı dəhşətli vəziyyətə görə yüksəkdir",- deyən Saparbekov virusun yayılmasının beynəlxalq səviyyədə də baş verə biləcəyini qeyd edib.

Onun sözlərinə görə, ÜST və UNICEF əməkdaşları poliomielit virusunun aşkarlanması ilə bağlı risklərin qiymətləndirilməsi çərçivəsində nümunələr toplamaq üçün çərşənbə günü Qəzzaya gələcəklər.

Chosen
17
50
unikal.az

10Sources