AZ

HƏMAS və "İslami Cihad" İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib

HƏMAS və "İslami Cihad" İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib

Fələstinin HƏMAS və "İslami Cihad" hərəkatları Qətərdə danışıqlar qrupunun görüşündən sonra atəşkəsin pozulmasında İsraili günahlandırıb."HƏMAS və "İslami Cihad"ın rəhbərliyi atəşkəs danışıqlarının uğursuzluğuna və əvvəlki mərhələlərdə əldə edilmiş nəticələri tanımaqdan imtina etməsinə görə İsrail liderlərini məsuliyyətli hesab edirlər", - deyə yayımlanan birgə bəyanatda deyilir. Bəyanatı "Al Mayadeen" televiziya kanalı yayımlayıb.Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Müzakirələrin Misir, Qətər və ABŞ-ın birgə bəyanatında müsbət atmosferdə keçdiyi qeyd edilib. Məsləhətləşmələr zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azaldacaq bir təklif təqdim edib. Lakin HƏMAS bildirib ki, Amerikanın yeni təşəbbüsü yalnız İsrailin maraqlarını nəzərə alır.Vasitəçilər növbəti görüşün bu həftənin sonuna qədər Qahirədə keçirilməsi barədə razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
3
afn.az

10Mənbələr