AZ

İlham Əliyev və Putinin məhdud tərkibdə görüşü başladı 

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin məhdud tərkibdə görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Görüş Zaqulba iqamətgahında keçirilir. 

Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov, baş nazirin müavini Aleksey Overçuk və xarici işlər naziri Sergey Lavrov iştirak edir. İclasın təşkilatçıları məhdud formatda danışıqlara təxminən bir saat vaxt ayırırlar. Hər iki liderin qısa çıxışlarından sonra söhbət bağlı qapılar arxasında davam etdiriləcək. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
unikal.az

10Mənbələr