AZ

Həmas və İslami Cihad İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib

Fələstinin HƏMAS və İslami Cihad hərəkatları Qətərdə danışıqlar qrupunun görüşündən sonra atəşkəsin pozulmasında İsraili günahlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı tərəfindən yayımlanan iki fraksiya birgə bəyanatında bildirilib.

Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni mərhələsi keçirilib. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-ın birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi qeyd edilib. Məsləhətləşmələr zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azaldacaq bir təklif təqdim edib. Lakin HƏMAS bildirib ki, Amerikanın yeni təşəbbüsü yalnız İsrailin maraqlarını nəzərə alır.

Vasitəçilər növbəti görüşün bu həftənin sonuna qədər Qahirədə keçirilməsi barədə razılığa gəliblər. Aydınlaşdırılıb ki, texniki qruplar sazişin əsas bəndlərinin, o cümlədən Qəzzada saxlanılan girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsi və anklavdakı humanitar vəziyyətlə bağlı mexanizmlərin işlənib hazırlanmasını davam etdirəcəklər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
3
ikisahil.az

10Mənbələr