EN

Antalyada yaşayış massivlərinin yaxınlığında yanğın baş verib

Antalyanın Aksu rayonunda yaşayış məntəqələrinə yaxın ərazidə yanğın baş verib.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, Briqadaların havadan və qurudan müdaxiləsi davam edir.

Bildirilib ki, külək nəticəsində alov sürətlə bəzi istixanalara və bağlara keçib.

Yanğının söndürülməsinə 3 helikopter, 2 təyyarə, 4 su çəni, 2 su təchizatı maşını və çoxlu sayda meşə işçisi cəlb edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
101
1
ikisahil.az

10Sources