AZ

Türkiyədə meşədə baş verən yanğın evlərə sıçradı

Türkiyənin bir çox ərazilərində isti hava şəraiti səbəbilə meşə yanğınları baş verib.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda  Manisa, Bursa və İzmirin 2 rayonunda baş verən meşə yanğınlarına müdaxilə edilir.
Qeyd edək ki, Berqamada dünən başlayan meşə yanğınına müdaxilə əsnasında aşan yük maşınının içində olan Bergama Meşə Əməliyyat Müdiri həyatını itirib.
 
Küləyin təsiri ilə alov böyüyərək meşəlik əraziyə keçib. Xəbər üzərinə Manisa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları ilk olaraq yanğına müdaxilə edib. Daha sonra bölgəyə çoxlu meşə yanğınsöndürmə qrupları sövq edilib.
 
Geniş əraziyə yayılan yanğını söndürmək üçün İzmir Meşə Region Müdirliyinə aid 3 təyyarə, 5 helikopter, 8 su tankeri, 2 su tankeri, 1 dozer çalışır.
 
Yaşayış sahəsinə yaxın ərazidə başlayan yanğında bəzi evlər alovlar içində qalıb və vətəndaşlar bağ şlanqları ilə alovun evlərinə yaxınlaşmasının qarşısını almağa çalışıblar.
 
7News.Az
Seçilən
120
50
7news.az

10Mənbələr