AZ

İzmirdə meşəlik ərazidə yanğın: Yanğınsöndürənlər səfərbər olundu

Saat 16:00 radələrində İzmirdə meşə yanğını baş verib. Bergama bölgəsindəki meşəlik ərazilərdən yüksələn alovları söndürmək üçün briqadalar havadan və qurudan müdaxilə etməyə başladılar.

İzmirin Berqama rayonunda meşə yanğını baş verib. Bölgəyə sövq edilən qruplar alovlara havadan və qurudan müdaxilə edir.
Ərazidən qalxan tüstünü görən sakinlər 112 Təcili Zəng Mərkəzinə vəziyyəti xəbər verib. Xəbərdarlıq üzərinə İzmir Meşə Regional Müdirliyinə aid 8 təyyarə, 19 helikopter, 50 su tankeri, 10 su təchizatı maşını və 4 buldozer bölgəyə göndərilib. Hazırda yanğınsöndürənlər havadan və qurudan alovlara mübarizə aparır.

//Samir Qurbanov, Editor.az

Seçilən
122
50
editor.az

10Mənbələr