AZ

İzmirdəki meşə yanğınlarına havadan və qurudan müdaxilə edilib

İzmirin Qaziemir və Foça rayonlarında baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, meşə sahəsindəki yanğın naməlum səbəbdən baş verib.

Xəbərdarlıq üzərinə bölgəyə Meşə Təsərrüfatı Baş Müdirliyinə bağlı yeddi təyyarə, 16 helikopter, 35 su tankeri, 11 su təchizatı maşını, dörd dozer, dörd yer briqadası və çoxlu sayda yanğınsöndürən göndərilib.

Quru Qoşunları Komandanlığına aid 5 helikopter və İzmir Vilayət Polis İdarəsi Çevik Qüvvələr Şöbə Müdirliyinə bağlı TOMA-lar da hadisə yerinə yönləndirilib.

Məlumat üçün qeyd edək ki, yanğının Adnan Menderes hava limanına yaxın olması və yüksələn tüstü səbəbindən uçuşlar dayandırılıb.

Hava limanına enən təyyarələr ətraf hava limanlarına istiqamətlənir.

Seçilən
184
1
ekologiya.az

10Mənbələr